Dövlətə məxsus olan əmlakın aldadılaraq mənimsənilməsi faktına dair Tsalkada üç şəxs saxlanılıb
12:00 / 05.10.2018
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları
aparılan əməliyyat nəticəsində infratsruktur layihəsinin həyata
keçirilməsi zamanı saxta sənədlərin hazırlanması
-istifadəsi və böyük miqdarda dövlət əmlakının mənimsənilməsi
faktına dair üç şəxs məsuliyyətə cəlb olunub.
İstintaqla müəyyən edildi ki, ittiham olunanlardın biri tikinti
şirkətinin rəhbəri, 2016-2017-ci illərdə Tsalka bələdiyyəsinin
sifarişi ilə iki infratsruktur layihəsi həyata keçirib. Bu zaman
qanunsuz maddi gəlir əldə etmək məqsədilə o, sənədlərdə işlər
zamanı istifadə olunan materialın həcmini, keyfiyyət
göstəricilərini və yerinə yetirilmiş işlərin həcmini sünii şəkildə
artırıb. Qeyd olunan hərəkətə görə, cinyətdə aşkarlanan şəxs qanuna
qarşı böyük məbləğdə dövlət mülkünü mənimsəyib.
İstintaqla həmçinin, yuxarıda qeyd olunan şirkət tərəfindən yerinə
yetirilmiş işləri özəl akreditə olunmuş ixrac şirkətlərinin
ekspertləri yoxlayacaqlar. Sənədlərə müsbət nəticəni elə veriblər
ki, ittiham olunan tərəfindən sənədlərdə qeyd olunmuş işlərin
həcminin faktiki olaraq yerinə yetirilmiş işlərlə müqayisəsini
həyata keçirməyiblər.
İstintaq Gürcüstan CM-nin 180-ci maddəsinin 3-cü və 362-ci
maddəsinin ikinci hissəsi ilə gedir. Maddə cəza olaraq 6-dan 9 ilə
qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.