İstintaq Xidməti saxta vergi sənədlərinin hazırlanması - istifadə olunması faktına dair bir nəfəri saxlayıb
14:12 / 08.10.2018
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq xidmətinin əməkdaşları
aparılan əməliyyat nəticəsində Tbilisi şəhərində saxta vergi
sənədlərinin hazırlanması, istifadə olunması faktına dair bir
nəfəri saxlyıblar.
İstintaqla müəyyən olub ki, ittiham olunan şəxs şirkətlərdən
birinin direktoru, qanunsuz şəkildə maddi gəlir əldə etmək
məqsədilə 106 000 lari dəyərində məhsulun alınmasına dair saxta
hesabat faktura hazırlayıb.
İstintaq Gürcüstan CM-nin 210-cu maddəsi nin birinci hissəsi ilə
gedir.
Maddə cəza olaraq 2-dən 4 ilə qədər azadlıqdan məhrum edilməni
nəzərdə tutur.