DİN Xaşuridə "Rustavi 2"-nin jurnalistlərinə peşələrini yerinə yetirən zaman maneçilik etmə və zorakılıq ittihamı ilə 2 şəxsi saxlayıb
DİN-in Şida Kartli polis departamentinin Xaşuri rayon idarəçiliyinin əməkdaşlarının operativ əməliyyatı nəticəsində Rustai 2 telekompaniyasının çəkiliş qrupunun jurnalisti Eka Qaqua və operatoru Levan Kalandiaya qarşı həyata keçirilmiş zorakılıq və jurnalistin peşəsini yerinə yetirməsinə qanunsuz maneçilik etmə ittihamı ilə 2 şəxs 1983-cü il təvəllüdlü S.U. və 1976-cı il təvəllüdlü İ.C. saxlanılıb.

İstintaqla müəyyən edilib ki, ittiham olunanlar telekompaniya Rustavi 2-nin çəkiliş qrupuna çəkiliş zamanı şifahi və fiziki təhqir ediblər.

Baş verən faktla bağlı hüquq mühafizəçiləri "Çin dəmiryolunun 23-cü bürosunun" Kvişxeti kəndinin obyektinin rəhbər vəzifəsini yerinə yetirən S.U-nu saxlayıblar. İstintaq davam edir.

İstintaq Gürcüstan CM-nin 154-cü maddəsinin 2-ci və 126-cı maddəsinin 1-ci hissəsi ilə gedir.


Mənbə: police.ge

Print