İstintaq xidməti böyük miqdarda saxta pul saxlanılması – istifadəyə verməsi faktına dair Azərbaycan vətəndaşını saxlayıb
12:15 / 15.10.2018
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları
aparılan operativ istintaq tədbiri nəticəsində böyük
miqdarda saxta pulun saxlanılması-istifadə edilməsi faktına dair
ittiham olunan şəxs qismində Azərbaycan Respublikasının vətəndaşını
saxlayıb.
İstintaq ximdəti nəticəsində 61 700 ABŞ dolları dəyərində 617 ədəd
saxta yüz dollarlıq əskinaz aşkarlanıb.
İşlə bağlı Gürcüstan CM-nin 212-ci maddəsinin ikinci hissəsi ilə
istintaq gedir. Maddə cəza olaraq 7-dən 10 ilə qədər azadlıqdan
məhrum edilməni nəzərdə tutur.