Toya yığılan pullar oğurlanıb (VİDEO)
Marneulidə Sayat Nova küçəsində toy axşamı ev qarət olunub. Ev sahibinin dediyinə görə, qızını evləndirib və 6 noyabr tarixində toy edib. Toya gələn qonaqlar tərəfindən yığılmış təxminən 8 000 lari 7 noyabr tarixində hər kəsin oğlan evində toyda olduğu vaxt oğurlanıb. Ev sahibi toydan qayıdanda evin dağıdıldığını, məişət əşyalarının yıxıldığını və pəncərənin sındırıldığına şahid olub. Onlar pulu evdə, yataq otağında saxlayıblarmış. Toydan yığılmış puldan əlavə oğrular qonaqların çantasındakı pulları da götürüblər.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub və əl izlərini götürüblər. Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin oğurluğu nəzərdə tutan 177-ci maddəsi ilə istintaq davam edir.



"Marneuli" Radiosu

Print
თეგები: Oğurluq Marneulifm marneuli xeber