İntensiv yağan qar və qar uçqunu
təhlükəsi ilə əlaqədar olaraq Cvari aşırımında bütün növ
nəqliyyatların hərəkəti qadağan olunub.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, qadağa avtomobil yolunun 93-cü
kilometrliyindən 107-ci kilometrliyinədək şamil olunur.
Mleta-Qudauri ərazisində yalnız qoşqulu və yarımqoşqulu
nəqliyyatların hərəkəti qadağan olunub. Minik maşınlarının
hərəkətinə isə sürüşmə əleyhinə zəncirdən istifadə etməklə icazə
verilir. Yolun bu hissəsində iki və daha artıq körpüsü olan
maşınların hərəkəti sərbəstdir.
Avtomobillərin hərəkətini Daxili İşlər Nazirliyi Patrul Polisi
Departamentinin əməkdaşları tənzimləyirlər.