İstintaq xidməti qızıl qaçaqmalçılığı faktını aşkarlayıb
14:03 / 11.12.2018
Gürcüstanın
Maliyyə Nazirliyinin İstintaq xidmətinin əməkdaşlrı Gəlirlər
Xidmətinin Gömrük Departamentinin nümayəndələri ilə birgə aparılan
əməliyyat nəticəsində Gürcüstan Gömrük sərhəddində xüsusi böyük
miqdarda məhsulun keçirilməsi ilə bağlı qayda pozuntusu faktına
dair bir nəfəri saxlayıb.
İstintaqla müəyyən edilib ki, cinayətdə müzakirə olunan şəxs gömrük
buraxılış məntəqəsi olan Sarpı keçməklə xüsusi böyük miqdarda
qeydiyyatdan keçməmiş qızılı gizlin keçirməyə cəhd göstərirmiş.
İstintaq nəticəsində 1 929 qr qızıl aşkarlanıb və onun gömrük
dəyəri 100 000 laridən çoxdur.
İstintaq Gürcüstan CM-nin 214-cü maddəsinin ikinci hissəsi ilə
gedir. Maddə cəza olaraq 5-dən 7 ilə qədər azadlıqdan məhrum
edilməni nəzərdə tutur.