Zuqdidi bələdiyyəsinin Tsiaşi kəndi yaxınlığında iki avtomobilin
toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, 4 nəfər isə
yaralanıb. Yaralılar Zuqdidi referal xəstəxanasına
yerləşdiriliblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, baş vermiş qəza ilə
bağlı Cinayət Məcəlləsinin nəqliyyat vasitələrinin hərəkət
təhlükəsizliyi və istismarı qaydalarının pozulması nəticəsində
insan həyatının itirilməsini nəzərdə tutan 276-cı maddəsinin 5-ci
hissəsi ilə istintaq başlayıb. Həmin maddə üç il müddətinə
vəzifədən uzaqlaşdırmaqla və ya işləmə hüququndan məhrum edilməklə
4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Mənbə: newposts.ge