Çörəyin bahalaşması ilə bağlı sakinlərin fikirləri

Gürcüstanda ilkin istifadə məhsulu olan çörək 10-15 tetri bahalaşıb. Bununla bağlə Marneuli radiosu maraqlandı ki, əhali çörəyin qiymətinin bahalaşmasına dair nə düşünür.

Sorğuda iştirak edən əhalinin çoxu deyir ki, qiymətin bahalaşmasına iqtisadiyyata mənfi təsir edəcək.

Çörəyin bahalaşmasına səbəb olaraq un məhsullarının bahalaşması qeyd olunur. Şirkət rəhbərlərinin bildirdiyinə görə seçkiqabağı unun qiyməti bahalaşıb. Onlar deyirlər ki, bütün bu dövr ərzində un bahalaşsa da çörəyin qiyməti sünii şəkildə saxlanılırmış.

 

 


Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები