Türkiyədə sürət qatarı qəzaya uğradı
Ankara-Konya istiqamətində hərəkətdə olan sürət qatarı qəzaya uğrayıb.
"Marneuli" Radiosu “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Yenimahalle rayonunun Marşandiz stansiyasında baş verib.

Sürət qatarının yerüstü keçidə çırpılması nəticəsində iki vaqonu aşıb. Qəza zamanı çox sayda insanın yaralandığı bildirilib.

Qatarın qəzaya uğraması nəticəsində 4 nəfər öldüyü, 43 nəfərə yaxın sərnişin yaralandığı deyilir. Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.

Hadisənin dəqiq səbəbləri məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google