VIDEO - Təxminən bir aylıq axtarışlardan sonra 24 yaşlı Qiorqi Qiunaşvili Tbilisi dənizində boğulmuş vəziyyətdə tapılıb
Təxminən bir aylıq axtarışlardan sonra 24 yaşlı Qiorqi Qiunaşvili Tbilisi dənizində boğulmuş vəziyyətdə tapılıb. Ailə gənc oğlanı 19 noyabrdan bəri axtarırdı.

Bədbəxt hadisəyə nəyin səbəb olduğu məlum deyil. Yayılmış məlumata görə, Qiunaşvilinin psixoloji problemləri olub.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 115-ci maddəsi ilə istintaq başlayıb.

“Kuryer”in məlumatına görə, istintaq materiallarında daxil edilmiş materiallarda Qiunaşvili dünyasını dəyişənədək hərəkət etdiyi yerlər görünür, daha sonra isə onun izi itib.

Hal-hazırda gənc oğlanın cəsədi ekspertiza üçün meyitxanaya aparılıb.
Mənbə: rustavi2

Print ელ. ფოსტა
FaceBook Twitter Google