Gürücstan Müsəlmanları İdarəsində Şeyx seçkiləri keçirildi və nəticələr
Bu gün, 24 dekabr tarixində Gürcüstan Müsəlmanlar İdarəsində şeyx seçkiləri keçirildi. Keçirilən seçkilərdə Ramin İgidov 5 il müddətinə yenidə şeyx seçildi. Baş tutan seçkilərdə üç namizəd - Ramin Igidov, Namiq Hüseyinov və Rahid Kərimov mübarizə aparırdı. Ən çox səs toplayan Ramin İgidov oz vəzifəsində qalaraq Gürücstan Müsəlmanları İdarəsininin təkrar olaraq Şeyxi seçildi.

Onu da əlavə edə ki, 19 dekabr tarixində Gürcüstan Müsəlmanları Ali dini İdarəsi toplantı keçirərək gizli yolla səsvermə keçiriblər. Baş tutan seçkilərdə ən çox səs toplayan üç namizəd seçilərək ikinci mərhələyə keçib.

Qeyd edilməlidir ki, 21 nəfərlik ali dini şuranın üzüvləri üç nəfər arasında bu gün seçim etdilər. Qalib gələn namizəd Gürcüstan Müsəlmanları İdarəsinin nizamnaməsinə əsasən 5 il müddətinə şeyx vəzifəsini icra edəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google