Çilidə insanlar, gecə yarısı bir qaşıq mərcimək
yeyənlərin bütün il boyu işlərinin yaxşı gedəcəyinə və həmin il
çoxlu pul əldə edəcəklərinə inanırlar.
Yeni Zelandiyada yeni ilə qədəm qoyarkən hər kəs küçələrə tökülür
və mümkün olduğunca yüksək səslə qazan tava
çalınır.
İspaniyada gecə yarısı zənglər çalarkən hər bir
vuruş üçün bir üzüm dənəsi yemək adətdir.
Argentinada gecə yarısı sağ ayağınızı irəli
uzatsanız, ilə sağ ayaqla girmiş olarsınız. Bütün il yaxşı
keçər.
Braziliyalılar 7 dalğa üzərindən tullanılan zaman
şansınızın yaxşı olacağına inanarlar.
İngilislər hər yeni il gecəsi nifrət etmələrinə
baxmayaraq Jools Holland'ın "Hootenanny" sini izləyərlər.
Çilidə evi içəridən çölə süpürərsinizsə, əvvəlki ilin pis ruhlarını
da süpürmüş olarsınız.
Kolumbiyalılar üçün küçənin ətrafında boş bir
çamadanla bir az dolanmaq, bütün ilin gəzərək keçəcəyi mənasını
verər.
Şotlandiyada saatlar gecə yarısını vurar vurmaz
dostun evinə "ilk ayaq" basan olmaq üçün bir yarış başlayır. İlk
ayaqlar getdikləri evlərə pul, çörək, duz, kömür, viski kimi mədəni
bolluq da apararlar.
Rusiyada isə insanlar diləklərini kiçik kağız
parçalarına yazar, bu kağızları yandırar, sonra yanıq kağızı şampan
badələrinə atıb bu şampanları içərlər. Qəribədir deyil
mi?
Argentinada yeni il gecəsi yeni bir çəhrayı don
geyinsəniz sevginin sizi tapacağına inanılır.
Türkiyədə qurşun tökmək bəd nəzəri dəf edərkən,
Finlandiyada gələcəyi təxmin etmək üçün istifadə olunur . Məsələn
tökülən qurşunda üzük ya da ürəyə bənzəyən bir şey görülərsə, o il
eşq və evlilik var deməkdir.
Panamada yeni il gecəsi məşhurların "muneco"
deyilən və pis ruhları təmsil edən kuklaları yandırılır. Kimin
kuklası olduğu isə çox əhəmiyyətli
deyil...