16 yanvar üçün ulduz falı

16 Yanvar 2019-cu illə olan bürclər. Bu gün bürclər nələr vəd edir.


Qoç - günün emosional fonu əlverişli deyil. Əhvalınız normallıqdan çox uzaqdır. Qıcıqlı, dözümsüz, hirsli olmayın. Belədə sizinlə çalışmaq çətindir. Maliyyə problemləri yarana bilər. Diqqətli olun, borc almaq məqsədəuyğun deyil.

Buğa - uğurlar vəd edən gündür. Yaşam və iş şəraitində yeniliklər edin. Səfər və səyahətlərdə xeyir var. Yolda xoş tanışlıq baş tuta bilər. Nailiyyətləriniz diqqətdən kənarda qalmayacaq. Yeni müttəfiqləriniz ola bilər. Maliyə durumu yaxşıdır. Alış-veriş, istirahət etmək olar. Yaxınlarınızı sevindirin. Sevdiyiniz insana xoş sürpriz edin.

Əkizlər - istənilən formatda və səviyyədə görüş, danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Münasibətləri uzun müddətə gərginləşdirə biləcək ixtilaflara yol alacaq mübahisələrdən çəkinməyərək mühüm məsələləri müzakirə etmək olar. Çətin problemin həllində aktiv olun. İrəliləyişə mane olan hər şeydən qurtularağa çalışın. Yeni planlar qurun. Onların bir çoxunu həyata keçirə biləcəksiniz.

Xərçəng - çətin, amma maraqlı işlər günüdür. Aldığınız yeni məlumatı tez əxz edin, başqalarının təcrübəsindən yararlanmağa çalışın. Yaxın ətrafınızdakı insanlar sizə can atır. Yeni və faydalı tanışlıqlara nail ola bilərsiniz. Pula ehtiyacınız olduğu bu vaxtda gəlir əldə edəcəksiniz.

Şir - qarşınıza qoyduğunuz məqsədə nəyin bahasına olursa-olsun, çatmaq istəyirsiniz. Bu yolda ətrafınızdakı insanların qələzəblə qarşılaya biləcəyi metodlara əl atmayın. Təbii, başqalarının fikrinə və mövqeyinə önəm verib-verməməyi siz müəyyənləşdirirsiniz. Amma unutmayın ki, özünüzə nüfuzlu düşmən qazana bilərsiniz. Bu insanla qarşıdurma isə uzun və üzücü ola bilər. Maliyyə fonu əlverişsizdir. Gərəksiz itkilər və xərclər ola bilər. Sərmayə yatırmaq, anlaşmalara varmaq məsləhət deyil. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir.

Qız - birgə layihələrdə iştirak etmək üçün əlverişli zamandır. Çətin vəziyyətə düşmüş insana yardım edin. İctimai və siyasi proseslərdə fəal olun. Yeni işlərə başlamaq olar. Təcrübə və ya xüsusi bacarıqlarınız olmasa belə, uğura sürətlə nail olmaq mümkündür. İstənilən formatda işgüzar danışıqlar pis keçməyəcək.

Tərəzi - çətin, qarışıq, mürəkkəb gündür. Ağır və mühüm işlərə başlamaq məsləhət deyil. İstənilən təhlükəli, riskli layihəni təxirə salın. Yalnız öz mövqeyinizə və fikrinizə güvənməyin. Daha çox yaşam təcrübəsinə malik insanların məsləhətlərini qulaqardına vurmayın. Diqqətsiz davranaraq səhvlərə yol verməyin. Maliyyə məsələlərini həll etmək, alış-verişdə böyük məbləğdə pul xərcləmək və ya sövdələşmək, danışıqlar aparmaq məsləhət deyil.

Əqrəb - çətinliklər olsa da, ümidsiz gün deyil. Problemlər əsla gözləmədiyiniz yerdə və zamanda yaranacaq. Vəziyyətdən çıxış yolu tapmaqla yanaşı, formalaşan situasiyanı xeyrinizə çevirin. Yeni maraqlı işlər yaranacaq. Müttəfiq və tərəfdaşların yardımı ilə bu işlərin öhdəsindən gələ bilərsiniz. Yeni tanışlıqlar üçün əlverişli zamandır. Çoxdankı anlaşılmazlığı aradan qaldırmaq olar.

Oxatan - istənilən çətinlikdəki məsələlərin və problemlərin müzakirəsi üçün əlverişli zamandır. Mövqeyinizi yaxın ətrafınızdakı insanların nəzərinə çatdırmaqda müəyyən çətinlikilər çəksəniz də, səbrli və soyuqqanlı olun. Belə davransanız, həmin şəxslərin dəstəyini ala bilərsiniz.

Oğlaq - bu gün qeyri-adi, ətrafınızdakı insanları təəccübləndirəcək ekstrevaqant addımlar ata bilərsiniz. İntuisiyanız həddən artıq güclüdür. Duyğularınız bəzən sağlam məntiqə zidd olsa da, yanlış deyil. Yeni, praktik bilgi və bacarıqlar əldə edə bilərsiniz. Gəlirlər olacaq. Alış-veriş üçün əlverişli zamandır. Ailə üzvləriniz və yaxınlarınızı sevindirin. Bunun üçün ciddi səylərə ehtiyac yoxdur.

Dolça - mürəkkəb gündür. Ehtiyatlı olun, diqqət mərkəzinə düşməməyə çalışın. Belə davransanız, ciddi problemlər sizdən yan keçəcək. Yalınz rəğbət bəslədiyiniz insanlarla təmaslarda olun. Yaxınlarınızdan biri istəmədən sizə ziyan vura bilər. Maliyyə məsələlərində çox ehtiyatlı və sərfaxt olun. Alış-veriş və kommersiya fəaliyyəti ilə bağlı tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın.

Balıqlar - bir qədər əvvəl başladığınız işi bitirmək və ya cəsarətli layihəni reallaşdırmaq üçün əlverişli şəraitdən istifadə edin. Uğurlu gündür. Risk etmək olar. Mühüm məsələləri müzakirə edin. Peşəkar fəaliyyətinizin perpsektivləri ilə bağlı düşünün, həmkar və müttəfiqlərlə görüşün. Yeni tanışlıqlar, romantik münasibətlər üçün yaxşı gündür.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google