Polisdə “Ğaztransqaz-Tbilisinin” əməkdaş dindirilməsi davam edir
15:31 / 17.01.2019
Didi
Diğomi polisinin dördüncü şöbəsində “Ğaztransqaz-Tbilisinin”
əməkdaşlarının dindirilməsi davam edir.O,
dünən Avtandil küçəsində yerləşən, partlayış baş verən korpusda
olanlardan biridir.
“Ğaztransqaz-Tbilisinin” əməkdaşları dünən gecə də polisə
dindirilməyə aparılıblar.
İPN-ə prokurorluqdan verilən məlumata görə polis şöbəsində qeyd
olunan işə nəzarət edən prokurorlar da olub.
Didi Diğomidə yaşayış korpusunda dünən baş vermiş partlayış
nəticəsində 4 nəfər ölüb, onun biri azyaşlı uşaqdır. 8 nəfər
xəsarət alıb. Ancaq onları bu gün klinikalardan evə göndəriblər.
Hazırda İaşvili klinikasında yalnız bir uşağın müalicəsi davam
edir.