Meriya yolların təmiri və baxımına 400 000 lari xərcləyəcək

Marneuli bələdiyyəsinin mülkündə olan avtomobil yollarının təmir-baxım işlərinin alqı-satqısına meriya 400 000 larilik tender elan edib.


Tenderə əsasən qalib gələn şirkət yollarda torpağın söykənəcəyinin, piyada hissəsinin, yollarda hərəkət rejimini tənzimləyən texniki vasitələrin, yol kənarı arxların, qış dövründə yolların baxımı-mühafizəsini və Marneuli Rustaveli küçəsində yerləşən Mağalaşvili körpüsünün baxım-təmirini yerinə yetirməlidir.

İşlər 2019-cu ilin 31 dekabrına qədər olan dövrdə, meriya tərəfindən yazılı tapşırıq əsasında yerinə yetirilməlidir.

Tenderi Marneuli meriyası 17 yanvarda elan edib. Onda iştirak etmək istəyi olan şirkətlər, tender təklifini 27 fevraldan 4 marta qədər olan dövrdə verə bilərlər.

Qeyd olunan tenderi Marneuli meriyası ikinci dəfə elan edib. Brinci tender 2018-ci ilin dekabrında elan olunmuşdu və onda yalnız bir şirkət “Amiran” MMC iştirak edib. Şirkət işləri yerinə yetirməyi 388 995 min lariyə planlaşdırırdı, amma meriya ona texniki sənədlərin səhv olmasına görə diskvalifikasiya verib.

Qeyd olunan növ tenderi bələdiyyəyə 2018-ci ildə də elan etmişdi və onda məhz "Amiran" MMC qalib gəlmişdi.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები