Marneulidə qızılca virusu halına biri də əlavə olunub
14:23 / 18.01.2019
Marneulidə
qızılca virusu halına biri də əlavə olunub
. Bu
haqda məlumatı amrneuli ictimai səhiyyə mərkəzinin rəhbəri Eter
Laperadze deyir və qeyd edir ki, qızılca virusu ilə 26, 30 və 40
yaşlı xəstələr müalicə olurlar.
Laperadze qeyd edir ki, bələdiyyənin virusa qarşı vaksin problemi
yoxdur və əhalini peyvənd vurdurmağa çağırır.
Peyvənd vurmaq üçün kənd ambulatoriyalarına müraciət
etməlidirlər.
Qızılcanın mənbəyi xəstəliyə yoluxmuş adamlardır. Onlar xüsusən
xəstəliyin ilkin dövründə təhlükəlidirlər. Virusun inkubasiya dövrü
infeksiyaya yoluxmanın ilk simptomuna qədər 7-18 gündən ibarətdir.
Xəstəliyə yoluxanlar səpgilərin başlamasından 4 gün ərzində keçici
hesab olunurlar. Bundan əlavə virusun yüksək keçməsi xarakteri var,
24 saatlıq ünsiyyət dövründə infeksiyanı qəbul edən adam 40% , 48
saatlıq ünsiyyət dövründə - 60%, 72 saatlıq ünsiyyət dövründə isə -
80% xəstələnir.
Qızılcanın tipik halı yetərli dərəcədə kəskin başlayır, temperatur
qalxır, simptomlardan təqribən 2-3 gün sonra ağız boşluğunda ağ
yumru səpkilər əmələ gələ bilər, 5-6 gündən sonra isə xəstənin
bədənində səpkilər əmələ gəlir. Ancaq xəstə adam nə qədər
yaşlıdırsa simptomları keçirmək bir o qədər də çətindir.