Bu gün, 21 yanvar tarixindən etibarən
Marneulinin 69 kəndində ümumi kənd yığıncaqlarının mərhələli
şəkildə keçirilməsinə start verildi.
İlk
görüşlər Sabirkənd, Algeti, Təzəkənd, Dəmiyəgörarxı, Axlılələ,
Dəmyə, Kirovka kəndlərində keçirildi. Algeti kəndində keçirilən
görüşdə kənd sakinləri yol, küçələrin işıqlandırılmasını, su
kanallarının təmizlənməsini tələb ediblər və ayrılan pullun ora
xərclənməsini istəyiblər.
Ümumi kənd yığıncaqları Gürcüstan bölgələrində həyata keçiriləcək
layihələr fondundan “Kəndlərə Dəstək” proqramı çərçivəsində
maliyyələşdiriləcək layihələrin seçilməsi məqsədilə keçirilir.
Fonddan bütün Marneuli üçün 616 000 lari ayrılıb ki, bu da 69 kənd
arasında müvafiq olaraq bölünəcək. Əhalinin sayından asılı olaraq
hər bir kəndə 5 000, 6 000, 8 000 və ya 10 000 lari ayrılacaq.
Kənd yığıncaqlarında iştirak etmək könüllüdür və hər bir arzu edən
şəxs görüşlərdə iştirak edə bilər.