Varketilidə iki nəfər dəm qazından zəhərlənərək ölüb
Varketilidə iki nəfər dəm qazından zəhərlənərək ölüb.

Gürcüstan Daxili İşlər Nazirliyindən “Netgazeti”yə verilən məlumata görə, hadisə ötən gün, 21 yanvar tarixində baş verib.

Ölənlərin qonşusu bildirirlər ki, onlar qonşu olublar və zəhərlənmə baş verən evdə bərabər televizora baxırlarmış. Qonşuların dediyinə görə, zəhərlənməyə səbəb güman ki, nasaz vəziyyətdə olan qaz qızdırıcısı olub.

Baş vermiş hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı prima maddəsi ilə istintaq başlayıb. Həmin maddə qaz, neft və ya neft məhsulları obyektlərinin yerləşməsi, layihələndirilməsi, tikintisi və ya istifadəsi zamanı təhlükəsizlik qaydalarının iki və ya daha artıq insanın ölümünə səbəb olan pozulmasını nəzərdə tutur.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google