Tseretelidə “Kənd yığıncağı” baş tutmayıb - sakinlər su ilə bağlı problemlərdən yenə də danışdılar
Tseretelidə “Kənd yığıncağı” baş tutmayıb. Buna
səbəb isə iştirak edən sakinlərin azlığı səbəb olub.
Yığıncaqda ən az 198 Tsereteli sakini iştirak
etməli idi, lakin “Ayin evi”nə toplaşmış sakinlərin sayı çox az
olub.
Kəndin yerli icra nümayəndəliyindən bildirdiklərinə görə, onlar
demək olar ki, kəndin bütün sakinləri ilə görüşüblər və 198 imza
toplayıblar, lakin bugünkü görüşə yalnız 50-60 nəfər gəlib.
Baxmayaraq ki, lazım olan sayda əhali gəlməmişdi, görüşdə iştirak
edənlər əsasən içməli su və suvarma suyu ilə bağlı problemlərdən
danışdılar.
Görüşdə iştirak edənlərin bir hissəsinin əkin sahələrinin
suvarılması ilə bağlı sakinlər və “Marneuli Meliorasiyası” arasında
müqavilə imzalanmalı olduğu barədə məlumatı yox idi. 1 hektar
sahənin suvarılması üçün sakinlərin ildə 75 lari ödəməli olduğu
barədə məlumat onlar üçün yeni idi.
Qeyd edək ki, “kənd məclisi” 20 dəqiqə gec, saat 11:20-də
başladı.