Abxaziyada qəza nəticəsində 3 rus hərbçi dünyasını dəyişib
Abxaziyada Dzebelda rayonunda qəzada üç rus hərbçisi dünyasını dəyişib. Digər iki hərbçi isə bədən xəsarəti alıb və xəstəxanadadır. Məlumatı rus nəşriyyatı "RBK" yayır.

Hadisə 18 yanvarda olub, ancaq Rusiya Federasiyasının Cənubi hərbi dairəsinin mətbuat xidməti məlumatı 21 yanvarda təsdiqləyib.

Hərbi maşın dərəyə dağ poliqonuna doğru istiqamətlənən zaman düşüb. Qəzaya səbəb olaraq hərbi maşının texniki nasazlığını və sürücünün peşəkar olmamasını qeyd edirlər.

Son bir il ərzində Abxaziya ərazisində rus hərbçilərinin ikinci ölüm halı baş verib. Keçən ilin oktyabr ayında baş vermiş əvvəlki bədbəxt hadisə zamanı 3 rus hərbçisi dünyasını dəyişmişdi.

Mənbə: On

Print ელ. ფოსტა
FaceBook Twitter Google