Braziliyada su bəndinin dağılması nəticəsində ölənlərin sayı 58-ə çatıb
Braziliyada su bəndinin dağılması nəticəsində
ölənlərin sayı 58-ə çatıb. 305 nəfər isə itkin düşmüş hesab
olunur.
Bu barədə Minas-Jerays ştatının Fövqəladə Halların İdarəolunması
Xidmətinin bəyanatında deyilir.
Xatırladırıq ki, bunadək 37 nəfərin öldüyü, 280 nəfərin isə itkin
düşdüyü barədə məlumat yayılmışdı.
Yayılmış məlumata görə ölənlərin sayı xilasedicilərin bir avtobus
aşkarlamasından sonra artıb.
Minas-Jerays ştatında su bəndinin dağılması hadisəsi ötən cümə günü
baş verib.