Nikolas Maduro – Donald Tramp məni öldürmək əmri verib. Əgər mənə nə isə olsa, cavabdeh o olacaq
Venesuelanın de-fakto Prezidenti Nikolas
Maduro hesab edir ki, Donald Tramp Kolumbiya hökumətinə Maduronu
öldürmək əmrini vermişdir.
Onun sözlərinə görə, əgər ona nə isə olsa, cavabdeh ABŞ və
Kolumbiya olacaqdır.
“İlk növbədə mənim taleyim tanrının əlindədir. Mən
xristianam. Tanrının məni qoruyacağına inanıram. Məni Venesuela
xalqı qoruyur və bizim güclü kəşfiyyatımız var”, –
deyə Maduro açıqlamasında deyib.
Venesuelanın de-fakto prezidentinin açıqlamasına görə,
ABŞ-prezidenti Donald Tramp Maduronun ölüm əmrini verib.
“Tramp Kolumbiya hökumətinə, Kolumbiya mafiyasına məni
öldürmək əmri verib. Əgər mənə nə isə olsa, Donald Tramp və
Kolumbiya prezidenti İvan Duke cavabdeh olacaqdır”, –
deyə Maduro bildirib.
Maduro həmçinin, onun güclü müdafiə sisteminin olduğunu və ən əsası
da onu tanrının qoruduğunu qeyd edib.