Polis Gürcüstanın müxtəlif şəhərlərində ona yaxın ticarət obyektinin qarət olunması faktlarını açıb – 3 nəfər saxlanılıb, onlardan biri yetkinlik yaşına çatmamış şəxsdir
14:37 / 31.01.2019
DİN-in əməkdaşları Kutaisidə 3 nəfəri
saxlayıb. Onlar müxtəlif vaxtlarda Borjomi və Kutaisidə ona qədər
ticarət obyektini qarət ediblər.Cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrum
edilməni nəzərdə tutur.
Samtsxe-Cavaxeti polis departamentinin əməkdaşları tərəfindən
aparılan operativ əməliyyat nəticəsində müəyyən edilib ki, 2000-ci
il təvəllüdlü L.C. və icbar iş altında olan iki nəfər – 2000-ci il
təvəllüdlü Q.M. və 2003-cü il təvəllüdlü M.C. cari ilin 21
yanvarında Borjomi şəhərində, Cavcavadze küçəsində yerləşən ərzaq
mağazasını qarət ediblər və hadisə yerindən qaçıblar.
Eləcə də istintaqla müəyyən edilib ki, Borjomidə törədilən
cinayətdən əlavə yetkinlik yaşına çatmamış M.C. yanındakı
şəxslərlər bərabər Kutaisidə 6 ticarət obyektini qarət edib. Onlar
qeyd olunan obyektdən müxtəlif əşyalar və pul oğurlayırmışlar,
sonra isə hadisə yerini tərk edirlərmiş.
Polis üç nəfəri də məhkəmə hökmü əsasında, 29 yanvarda Kutaisidə
saxlayıb.
İstintaq Gürcüstan CM-nin 177-ci maddəsinin 3-cü hissəsinin "a"
altbəndi ilə gedir. Maddə əvvəldən razılaşma ilə qrup tərəfindən
törədilən oğurluğu nəzərdə tutur.