Azərbaycanda 6 bal gücündə zəlzələ olub
00:35 / 06.02.2019
Azərbaycanda 6 bal gücündə zəlzələ olub.
"Marneuli" Radiosu oxu.az-a istinadən xəbər verir.
Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən
məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirqulu
stansiyasından 11 km cənub-qərbdə İsmayıllı rayonu ərazisində qeydə
alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss
olunub.
Yeraltı təkanların episentri 8 kilometr dərinlikdə yerləşirdi.
Zərər çəkən və dağıntılar haqda məlumat yoxdur.