2018-ci ildə DİN yetkinlik yaşına çatmamış şəxslərə qarşı törədilmiş cinsi cinayət ittihamı ilə 116 nəfəri mühakimə edib
2018-ci ildə DİN yetkinlik yaşına çatmamış
şəxslərə qarşı törədilmiş cinsi cinayət ittihamı ilə 116 nəfəri
mühakimə edib.
Bu
haqda İPN-ə DİN-dən bildiriblər.
Müəssisənin məlumatına görə, yetkinlik yaşına çatmamış şəxslərə
qarşı cinsi azadlıq və toxunulmazlığa qarşı törədilmiş cinayətlərlə
mübarizə və bu kateqoriyaya aid cinayətlərə, yetkinlik yaşına
çatmamış qurbanların maraqlarına istiqamətlənmiş istintaqın təmin
olunması DİN-in üstünlüklərindən biridir.
“2018-ci ildə DİN-in ərazi orqanlarında və insan
hüquqlarının müdafiəsi departamentlərinin çalışması nəticəsində
yetkinlik yaşına çatmamış şəxslərə qarşı törədilmiş cinsi cinayət
ittihamı ilə 116 nəfər mühakimə edilib, onun: 4 nəfəri təcavüz
etdiyi üçün (CM-nin 137-ci maddəsi), 2 nəfəri – seksual xarakterli
başqa hərəkətlərin törədilməsində (CM-ni 138-ci maddəsi), 24 nəfəri
- əxlaqsız hərəkət törətdiyi üçün (CM-nin 141-ci maddəsi), 86
nəfəri – 16 yaşa çatmamış şəxslərlər könüllü seksual əlaqədə
olduğuna görə (CM-nin 140-cı maddəsi) mühakimə edilib.
yetkinlik yaşına çatmamış şəxslərə qarşı cinsi azadlıq və
toxunulmazlığa qarşı istiqamətlənmiş cinayətləri törədən şəxslərə
qarşı cinayət siyasətinin ciddiləşdirilməsi və qeyd olunan
cinayətin aradan qaldırılması məqəsdi ilə DİN qanunvericilikdə
dəyişikliklər paketi hazırlayıb və paket sinci cinayət törədən
şəxslərə qarşı cəzanın ciddiləşdirilməsini və onların bir sıra
hüquqlarının əllərindən alınmasını nəzərdə tutur.
Məsələn, cəzaçəkmə müəssisələrini tərk etdikdən sonra cinayət
törətmiş şəxslərə tədris, yetişdirmə müəssisələrində çalışmaq, belə
müəssisələrdə olmaq və.s. qadağan olunacaq.
Qanun layihəsi eləcə də cinayət məcəlləsinin 137-ci, 138-ci, 139-cu
və 141-ci maddələri ilə ittiham edilmiş şəxslər üçün baza yaratmağı
nəzərdə tutur. Bazanın məqsədi məhkumların monitorinqi yolu ilə
cinayətin aradan qaldırılmasıdır.
Seksual zorakılıq qurbanlarının yenidən viktimizasiyasının aradan
qaldırılması məqsədi ilə DİN-da şahid və zərərçəkənin koordinatoru
institutu yaranıb və fevral ayından siyası olaraq qüvvəyə minəcək
və məqsədi istintaq gedən zaman qurbanlara psixoloji dəstək və
onlara hüquqi prosesdə iştirak etməni
asanlaşdırmaqdır” - qeyd olunur məlumatda.