"Mziuri" kafesini qarət ediblər
Tbilisidə, Mziuri parkında “Mziuri” kafesini qarət ediblər. DİN-dən Netgazetiyə bildiriblər ki, istintaq CM-nin 177-ci maddəsi ilə başlayıb. Ancaq başqa təfərrüatlar haqqında məlumat verilmir.

Kafenin sahibi Ana Qoquadzenin Netgazetiyə bildirdiyinə görə hadisə bu gün səhər saat 9-un yarısında baş verib.

“Kafenin qapısı sındırılıb. Hadisə mühafizəçinin kafenin yan tərəfdə, bir az aralıd olduğu vaxt baş verib. Kafeyə 5 yeniyetmə daxil olub onlar izləmə kameralarını çıxarmaq istəyiblər. Bir neçəsini xarab ediblər ancaq biri onları qeyd edib. Telefon, leptop İpad və 165 lari pul aparılıb. Aparılan texnika bizim üçün çox vacib idi” - Ana Qoquadze deyir.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები