İvanişvilinin biznesə hücumu gözlənilirdi - Ciaberaşvili TBC Bank haqqında
Avropalı
Gürcüstanın üzvü Zurab Ciaberaşvili TBC Bankla bağlı hadisələri
Bidzina İvanişviliyə bağlayır.
Onun
sözlərinə görə, Milli Bankın vasitəsilə Mamuka Xazaradzeyə
İvanişvili hücum edir.
“Bidzina İvanişvili müxalifətə, media və QHT-ə qarşı
təqib həyata keçirdikdən sonra onun hücumunu biznes sektora
keirəcəyi məntiqli və gözlənilən idi. Xüsusən də onun diktatı
altına düşməyən adamlara qarşı hücum olacaqdı. İqtisadi narahatlığa
görə cəmiyyətdə maliyyə sektoruna qarşı narazılıq ola bilər, ancaq
yaxşı başa düşməliyik ki, əgər Bidzina İvanişviliyə azadlığın bütün
təsirini bu ölkədən götürmək imnaı versək biz adi Putin sektoru
əldə edəcəyik” - Ciaberaşvili bildirib.
Ciaberaşvilinin dediyinə görə kommersiya bankı ilə bağlı gedən
hadisələrdən ən maraqlıdı Anakliya limanıdır. Onun sözlərinə əsasən
maraqlıdır Anakliya limanına görə İvanişvili Xazradzeyə hücum edib,
əgər Anakliya limanının tikintisi hələ ki, onun maraqlarına oturmur
və buna görə də Xazaradze ilə mübarizə aparır.
“İvanişvilinin Anakliya ola bilər ona görə xoşuna
gəlmir ki, o azaddır və böyük biznes tərəfindən həyata keçirilən
layihədir. Düşünürəm ki, Xazradzenin başqa layihəsi olsaydı ona da
hücum edərdi. O, azadlıq istəmir, resursu olan və ondan müstəqil
şəkildə fəaliyyət göstərn adamların olmasını istəmir. O da aydındır
ki, Rusiya Anakliyanın tikilməməsinin marağındadır. Çünki bugünkü
Poti limanı Avropa-Orta Asiyanı bağlayan dəhlizdə tıxacdır. Bakıda
artıq dərin liman düzəldili, Rumınyanın Konstantada limanı var,
müvafiq olaraq bu dəhlizdə özünü dövrəiyyəni artırmaq üçün yeganə
yer Anakliyadır. Bu halda Rusiya və İvanişvilinin Anakliya
tikilməsin marağı üst-üstə düşür. Ancaq deyə bilmərəm ki,
İvanişvili Anakliya limanına görə Rusiyadan direktivlər götürür, bu
belə deyil” - Ciaberaşvili bildirib.
14 fevralda məlum oldu ki, Milli Bank TBC Bankın nəzarət şurasından
Mamuka Xazaradze və Badri Caparidzenin çıxarılmasını tələb edir.
Milli Bank tərəfindən bu gün, 14 fevralda yayılan məlumatda yazılıb
ki, aksionerlərin toplantısının onları nəzarət şurasından çıxarmaq
üçün 2 aylıq vaxtları var.
TBC Bankdan bildirirlər ki, Mili Bankın Badri Caparidze və Mamuka
Xazaradzebni nəzarət şurasını tərk etmələrini tələb etməsi əsasında
2007-2008-ci illərin əməliyyatlarla bağlı hüquqi davanı davam
etdirirlər.