İstintaq xidməti saxta sertifikat və kartların hazırlanması-istifadəyə verilməsi faktı ilə bağlı bir nəfəri saxlayıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq xidmətinin əməkdaşları aparılan əməliyyat nəticəsində saxta peşə sertifikatlarının və kartların hazırlanması-istifadəyə verilməsi faktı ilə bağlı bir nəfəri saxlayıblar.

İstintaq müəyyən edib ki, Batumi şəhərində ittiham olunan şəxs qanunsuz maddi gəlir məqsədi ilə elektriklik tədrisi üzrə kursun keçirilməsini təsdiq edən saxta sertifikat hazırlayıb.

İstintaq Gürcüstan Cinayyət Məcəlləsinin 362-ci maddəsinin birinci və 180-ci maddəsinin birinci hissələri ilə gedir, maddə cəza olaraq 2ildən 4 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: is.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google