Qaz yalnız Azərbaycandan gəlməməlidir, Rusyadan da “bir az” almalıyıq – Qiorqi Kobulia

Gürcüstan İqtisadiyyat naziri Qiorqi Kobulianın dediyinə görə, Gürcüstana qaz yalnız Azərbaycandan idxal olunmamalıdır və ölkə Rusiyadan da “bir az” qaz almalıdır.

Bu barədə nazir “İmedi” televiziyasının canlı efirində bildirib.

“Bunun bizim əhali və bizim şirkətlər, bizim bizneslərə çox böyük faydası olacaq. Çünki minimal rəqabət yaranacaq ki, bu da əlbəttə ki, qiymətlərə təsir edəcək”, – nazir bildirib.

O, hesab edir ki, Gürcüstan “Qazprom” üçün kommersiya baxımından səmərəli deyil və “bizim buna daha çox ehtiyacımız var, nəinki “Qazprom”un bizə”.

“Buna görə də “Qazprom”un bunda heç bir marağı yoxdur... Mən bizim müəyyən miqdarda idxal etməyimizdə böyük risk görmürəm, çünki bu enerji təhlükəsizliyi və müstəqillik çərçivəsində baş verməlidir”, – Kobulia deyilir.

Gürcüstan İqtisadiyyat nazirinin dediyinə görə, “Qazprom”un qazının Gürcüstan üzərindən nəqli qiymətlərinin artırılması istiqamətində də işlər aparılır.

Mənbə: On

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google