Vəkil – bizim əsas məqsədimiz odur ki, Malxaz Kubauriyə təcavüz və qətl baxımından bəraət qazandırılsın
Smitlər ailəsinin qətli işində artıq 14-dən 12 and içən hakimlər seçilib – bu haqda jurnaistlərə mətbuat konfransında Smitlər ailəsinin qətlində ittiham olunan Malxaz Kubaurinin vəkili Aleksandre Kobaidze bildirib.
Onun sözlərinə görə, məhkəmə prosesi martın ilk tarixlərindən başlayacaq.

“And içən hakimlərin seçimini demək olar başa vurduq, 14 and içən hakimdən 12-ni seçmişik. Ancaq 3 nəfər yenə seçməyi planlaşdırırıq, çünki seçilənlərdən birinin sağlamlıqla bağlı problemi var və özümüzü sığortalamaq istəyirik. Bu çətin prosesdir. Söhbətə təqribən 1000 kişi çağırılmışdı və bunda yalnız 12 nəfər seçildi. Məhkəmədə müzakirə, böyük yəqinliklə onun niyə polisə xəbər verməməsi ilə bağlı da gedəcək. And içən hakimlər bunu da müzakirə etməli olacaqlar. Müdafiə tərəfinin əsas məqsədi odur ki, təcavüz və qətl baxımından ona bəraət qazandırsınlar.

ABŞ konsulluğu bildirib ki, məhkəmə proseslərində iştirak etmək istəyir, bu çox yaxşıdır. Bu göstərir ki, onlar bizim arqumentlərə etibar edirlər. Mən konsulluqdan razılıq aldım və güman ki, apreldə ABŞ-a səfər edəcəm. Mən Rayan Smitin qardaşı ilə söhbət etdim və o, görüşməyə hazırdır”
- Kobaidze bildirib.

Xatırladaq ki, prokurorluq Xada xiyabanında baş vermiş qətldə ittiham olunan 19 yaşlı çoban, Malxaz Kobaurinin ittihamını ağırlaşdırıb. Prokurorluğun məlumatına görə, Kobauri Lora Cio Smitin təcavüz və təhqiredici şəkildə öldürülməsində ittiham olunur. Ona qədər Malxaz Kobauri Rayan Maykl Smit və onun azyaşlı evladı Kaleb İsmat Smitin ağır vəziyyətdə törətdiyi qətlində ittiham olunurdu.

Xatırladaq ki, Malxaz Kobauri üş şəxsin qəsdən öldürülməsində, törətdiyi xüsusi qəddarlıqda, başqa cinayətin törədilməsinin asanlaşdırılması və örtülməsi məqsədi ilə cinayətkara əvvəlcədən məlum olmaqla yetkinlik yaşına çatmamış şəxsə qarşı, eləcə də Lora Coi Smitə təcavüz edilməsində ittiham olunur. Cinayətlər Gürcüstan CM-nin 109-cu maddəsinin birinci hissəsinin "q", 2-ci hissəsinin "b" və üçüncü hissəsnin "a" və "b" altbəndlərini və 137-ci maddənin birinci hissəsini nəzərə almaqla cəza olaraq 16 ildən 20 ilə qədər və ya daimi azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები