Saxlanılan şəxs Kobuletidə qəsdən adam öldürmə işi üzrə ittiham olunub
Gürcüstan Prokurorluğu Kobuleti şəhərində qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə işi üzrə bir nəfərə qarşı ittiham irəli sürüb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs 2024-cü il martın 23-də qətlə yetirmək məqsədi iləzərərçəkmişə çoxsaylı güllələ xəsarətləri yetirib ki, o da aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi 2024-cü il martın 24-də saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 236-cı maddəsinin üçüncü və dördüncü hissələri (qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə) ilə ittiham olunub ki, bununla da 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”,
- agentlik qeyd edib.

Onların məlumatına görə, Batumi Şəhər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print ელ. ფოსტა
FaceBook Twitter Google