Ermənistan sərhədin demarkasiyası çərçivəsində Cilizə kəndini
Gürcüstana qaytarmağı planlaşdırır.
Məlumatı Ermənistanın “Joxovurd” qəzeti yayıb.
Ciliza kəndi iki ölkənin sərhədində, Ermənistanın Lori rayonunun
Alaverdi rayonunda yerləşir.
Ermənistan və Gürcüstan 1992-ci ildən dövlət sərhədinin
demarkasiyası məsələsini müzakirə edir, 1996-cı ildən isə iki ölkə
arasında sərhədlərin delimitasiyası və demarkasiyası komissiyaları
çox passiv rejimdə işləməsinə baxmayaraq fəaliyyət göstərir.
Nəşrin yazdığına
görə, Ermənistan həm Gürcüstan, həm də
Azərbaycanla sərhədlərin demarkasiyası işlərini gücləndirir. O
cümlədən, 1990-cı illərin əvvəllərində ermənilər Azərbaycan
ərazisində 8 kəndi işğal ediblər və bu yaxınlarda Ermənistanın
“Hraparak” qəzeti yazıb ki, prezident Nikol Paşinyan ən qısa
müddətdə 4 kəndi Azərbaycana qaytarmaq niyyətindədir.