2023-cü ildə Gürcüstanda doğulanların sayı ölənlərin sayından 2542 nəfər az olub
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, son üç ildə olduğu kimi, 2023-cü ildə də doğulanlardan çox insan ölüb. Milli Statistika Xidmətinin məlumatına görə, ötən il 40 214 uşaq doğulub, ölənlərin sayı isə 42 756 (əvvəlki illə müqayisədə 13% az) olub.

2023-cü ildə mənfi təbii artım (diri doğulanların və ölənlərin sayı arasındakı fərq) 2542 nəfər müəyyən edilib. Bundan əlavə, Milli Statistika Xidmətinin məlumatına görə, Tbilisi, Acarıstan Muxtar Respublikası və Kvemo Kartli bölgəsi istisna olmaqla, bütün regionlarda mənfi təbii artım qeydə alınıb.
  • 2022-ci ildə Gürcüstanda doğulanlardan 6799 nəfər çox ölüb
  • 2021-ci ildə Gürcüstanda doğulanlardan 13 090 çox insan ölüb
  • 2020-ci ildə Gürcüstanda doğulanlardan daha çox insan ölüb
2022-ci illə müqayisədə diri doğulanların sayı 5%, ölənlərin sayı isə 13% azalıb.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print ელ. ფოსტა
FaceBook Twitter Google