DİN “Gürcüstan Milli Birliyinin” üzvünü saxlayıb

DİN Tbilisi Polis Departamentinin əməkdaşları odlu silahın və mübarizə vasitələrinin qanuna zidd şəkildə əldə edilməsi-saxlanılması-gəzdirilməsi ittihamı ilə “Gürcüstan Milli Birliyinin” üzvü 1986-cı il təvəllüdlü Q.C.-nı saxlayıblar.

Cinayət 2 ildən 5 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Cari ilin 31 avqustunda hüquq mühafizəçiləri istintaqa sosial şəbəkədə “Gürcüstan Milli Birliyi” hərəkatının səhifəsində yayımlanan video əsasında başlayıblar. Polis ittiham olunanların evində aparılan axtarış nəticəsində müxtəlif növ silah və 28 güllə maddi sübut kimi götürülüb. Hadisə ilə bağlı ekspertiza təyin olunub.

İstintaq CM-nin 236-cı maddəsi ilə gedir. Həmin maddə odlu silahın və mübarizə vasitələrinin qanuna zidd şəkildə əldə edilməsi-saxlanılması-gəzdirilməsini nəzərdə tutur.

 


Mənbə: police.ge

 


Print ელ. ფოსტა
FaceBook Twitter Google