Kvemo Kartlidə 2 600 hektar kənd təsərrüfatı sahələrinə suvarma
suyunun verilməsi yaxşılaşdırılacaq.
Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin “Gürcüstan Melorasiya”
MMC təşkilatı İmirhəsənin suvarma suyu sisteminin mənbəyi və
magistral kanalının bərpasını həyata keçirir.
“Gürcüstan Melorasiyası” MMC-nın baş direktoru Otar Şamuqiya Kvemo
Kartlidə dövlət qubernatoru Şota Rexviaşvili və Bolnisi
bələdiyyəsinin meri Davit Şaradazişvili Bolnisidə gedən işləri
nəzərdən keçiriblər və yerli əhali ilə görüşüblər.
Layihə çərçivəsində Maşavera çayının mənbəyidə təmizləmə
qalereyasının qanadları təmizlənəcək və öz mexanizmləri ilə montaj
olunacaq.
İmirhəsən magistral kanalının 5.5 km-lik hissəsi bərpa olunacaq.
İşlər iki sahədə gedir.
Capala kəndində sıx məskunlaşmış məhəllədən keçən arx beton
duzbücaqlı formada olan arxla əvəz olunacaq. Arxda eləcə də suyu
paylayan quyu, avtomobil və piyada körpüləri qurulacaq.
Bərpa oluna suvarma sistemi ilə Bolnisi bələdiyyəsinin Capala və
Savaneti kəndində 2 600 hektar torpaqda su təminatı
yaxşılaçacaq.
Gürcüstan melorasiyası son 6 il ərzində Kvemo Kartli bölgəsində,
melorasiya infrastrukturuna dair 39 bərpa layihəsi həyata keçirib
və nəticədə əlavə 23 473 hektar kənd təsərrüfatı torpaq sahəsi su
ilə təmin olunub, suyun 22 517 hektara verilməsi
yaxşılaşdırılacaq.