İstanbul da iki nəfər Gürcüstan vətəndaşı qarət ittihamı ilə saxlanılıb
11:54 / 06.12.2018
Türkiyədə, İstanbul şəhərində iki nəfər Gürcüstan vətəndaşı qarət
ittihamı ilə saxlanılıb.
“Hürriyyet Daily News” qəzətinin yazdığı xəbərə görə, cinayətkar
qrup dörd nəfər Gürcüstan vətəndaşından ibarət olub.
Yerli mətbuatda yayılan xəbərlərə görə, cinayətkar qrupun iki nəfər
üzvü saxlanılıb digər iki üzvü isə axtarışdadır.
Əldə olunan məlumatlara görə, 16 noyabrda cinayətkar qrup üzvləri
iş adamını qarət edərək ondan 111 min türk lirəsi alıblar və iş
adamını yaralayıblar.
Daha sonra cinayətkar qrupun üzvləri zinət əşyaları mağazasına
hücum ediblər, lakin polisin atəş açması nəticəsində qaçaraq ordan
uzaqlaşıblar.
Polis cinayətkar dəstənin iki nəfər üzvünü saxlayıb. Digər iki
nəfər isə axtarışdadır.