Bir nəfər irqi ayrı-seçkilik ittihamı ilə həbs edilib
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları 1975-ci ildə anadan olmuş B.Dz.-ni məhkəmə qərarı əsasında zorakılıq və zorakılıqla hədələməklə irqi ayrı-seçkilik ittihamı ilə həbs edib.

Daxili İşlər Nazirliyindən “İnterpressnews”-a verilən məlumata görə, bu cinayət üçün 2 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur.

“İstintaq nəticəsində müəyyən olmuşdur ki, müttəhim Rustavidə ictimai nəqliyyatda dərisinin rənginə görə Kamerun vətəndaşını təhqir edib və fiziki güc tətbiq edib. Həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıq və/və ya belə zorakılıq törətməklə hədələməklə irqi ayrı-seçkilik faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 142-ci prima maddəsinin 2-ci hissəsinin “a” altbəndi ilə istintaq davam edir”, – məlumatda bildirilir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google