Gürcüstan vətəndaşının avtomobilindən narkotik vasitə aşkarlanıb
Azərbaycan gömrük postunda Gürcüstan vətəndaşı
saxlanılıb. Saxlanılan şəxsin avtomobilnə baxış zamanı narkotik
vasitələr aşkar edilib.
Hadisə "Mazımçay" gömrük postunda baş
verib.
Bu haqda məlumatı Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat və
İctimaiyyətlə Əlaqələr İdarəsi yayır.
Yayılan məlumatda bildirilir ki, "Gürcüstan vətəndaşının idarə
etdiyi "DAF" markalı yük nəqliyyatı gömrük postunda saxlanılıb.
Gürcüstandan Azərbaycan istiqamətinə hərəkət edən nəqliyyat
vasitəsinə baxış keçirilib. Baxışı zamanı avtomobilin sürücü
sükanının sağ tərəfindəki külqabıdan iki bükümdə, ümumi çəkisi 6
qram olan narkotik vasitə - marixuana aşkar edilib".
Faktla bağlı araşdırma aparılır.