Bu gündən xəstənin müalicəsi haqqında məlumat elektron qeydlər üzrə vahid sistemdə əks olunacaq
15 yanvardan Gürcüstanda elektron tibbi qeydlər sistemi qüvvəyə minəcək. İPN-ə Əmək, Sağlamlıq və sosial müdafiə nazirliyinin tənzimləmə üzrə şöbəsinin rəhbəri Natia Noğaideli bildirib ki, cari ilin 15 yanvarından Tbilisi, Kutaisi ə Batumidə fəaliyyətdə olan dövlət proqramlarını verən bütün stasionar tibbi müəssisələr xəstəyə istəyi olan halda dövlət proqramından istifadə edən şəxsin sağlamlıq durumu haqqında məlumatı sağlamlıq haqqında elektron qeydlər sisteminə daxil etməyə məcburdur.

“Bilirsiniz ki, çox uzun müddətdir elektron tibbi qeydlər sisteminin qüvvəyə minməsi haqqında söhbətlər gedirdi. Bu çox vacibdir çünki hər istiqamətdə böyük əhəmiyyəti olan sağlamığa dair vahid mərkəzləşdirilmiş qeydlər sistemi olacaq. Bu tibbi xidmətin keyfiyyətinin təmin edilməsi, tibbi statistika, səhiyyə siyasətinin yaradılması üçün isə sübutların idarə olunması üçün vahid universal mənbə olacaq. Biz qürur duyuruq ki, 2019-cu ilin 15 yanvarından Gürcüstanda elektron tibbi qeydlər sistemi qüvvəyə minəcək. İlkin mərhələdə qeydlərin yerinə yetirilməsi Tbilisi, Kutaisi və Batumidə dövlət proqramı çərçivəsində mövcud olan stasionar tibbi müəssisələrdə məcburi olacaq. Sonra isə ümumi Gürcüstan miqyasında məcburi olacaq” - bildirib Natia Noğaideli.

Onun sözlərinə görə, 2019-cu ilin 1 mayından elektron tibbi qeydlərin yerinə yetirilməsi dövlət proqramı çərçivəsində mövcud olan bütün stasionarlar üçün məcburi olacaq. 2019-cu ilin 1 sentyabrından isə buna dermato-kosmetoloji xidmətindən başqa, dövlət proqramlarını təqdim edən ambulatoroloji müəssisələr əlavə olunacaq. 2020-ci ilin 1yanvarından isə elektron tibbi qeydlərin yerinə yetirilməsi bütün stasionar və ambulatoroloji müəssisələrdə məcburi olacaq.

“Bu stasionar və ya ambulatoroloji müalicə epizodu haqqında ümumiləşdirilmiş məlumat olacaq və sonradan xəstənin müalicəsinin davam etdirilməsini təmin etmək üçün vacibdir. Bir vizitdən sonra xəstə ikinci dəfə başqa həkimə gedə bilər. Xəstənin istəyi olan halda bu məlumat yayılacaq ki, o, daha faydalı tibbi xidmət alsın. Belə halda xəstənin müalicə prosesi olduqca tam olacaq” – qeyd edib Noğaideli.

Xatırladaq ki, “sağlamlıq haqqında elektron qeydlər sisteminin funksiya göstərməsi və yerinə yetirilməsi qaydası” Gürcüstanın işğal edilmiş ərazilərindən məcburi köçkün, əmək, sağlamlıq və sosial müdafiə naziri Davit Sergeenkonun sərəncamı ilə 2019-cu ilin 3 yanvarından təsdiqlənib və 15 yanvarda qüvvəyə minəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google