Verada baş vermiş güllələnmə faktı ilə bağlı iki nəfər saxlanılıb
DİN-in Tbilisi Polis Departamentinin Qədim Tbilisi İdarəçiliyinin əməkdaşları aparılan əməliyyat nəticəsində 1989-cu il təvəllüdlü Q.A.-nı qəsdən adam öldürmə cəhdi, 1986-cı il təvəllüdlü K.C.-nı isə cinayət haqqında bildirmədiyinə görə həbs ediblər.
DİN-in məlumatına görə cinayət qəsdən adam öldürməyə cəhd halında 7-dən 15 ilə qədər müddərə, cinayət haqqında məlumat verməmək isə 3-dən 7 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

“İstintaq müəyyən edib ki, cari ilin 15 yanvarında Tbilisidə Q.A. avtomobillə hərəkət edirmiş və bu zaman 1988-ci il təvəllüdlü Z.K.-ya odlu silahdan atəş açaraq zərər vurub və hadisə yerindən qaçıb. Yaralanan kişini xəstəxənaya yerləşdiriblər və müvafiq müayinədən keçib.

Aparılan əməliyyat nəticəsində baş verəndən bir neçə saat sonra polis qəsdən adamöldürməyə cəhd edən şəxsi Q.A.-nı saxlayıb. Q.A. xəstəxanadadır və hüquq mühafizəçiləri ilə fkatla bağlı əməkdaşlıq etmir. DİN onun yaralanması ilə bağlı cinayətkarın aşkarlanması və saxlanılması məqsədi ilə istintaq həyata keçirir.

Polis saxlanılan Q.A.-nın dostu K.C.-nı cinayət haqqında məlumat vermədiyinə görə saxlayıb.

İstintaq qəsdən adamöldürmə cəhdi və odlu silahın qanuna zidd olaraq əldə edilib-saxlanılması faktı ilə bağlı, Gürcüstan CM-nin 19-108 və 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə gedir” – deyilir nazirliyin bəyanatında.


Print ელ. ფოსტა
FaceBook Twitter Google