VİDEO/FOTO - Tbilisidə qaz sızmasından daha bir partlayış baş verib – Rustavi 2
13:46 / 18.01.2019
Rustavi 2-nin
məlumatına görə Tbilisidə Qetia küçəsində təbii qazın sızması
nəticəsində su qızdırıcısı partlayıb və yanğın baş
verib.Yerlilər "Kuriyer"ə
bildiriblər ki, yanğın nəticəsində bütünlükdə həyətyanı sahə
yanıb.
Yerlilər evdən çıxmağı bacarıblar. Onlar Rustavi 2-ilə söhbət
zamanı qeyd ediblər ki, təbii qaz bütün gecə ərzində sızıb. Birinci
mərtəbədə yaşayan vətəndaşların sözlərinə görə, onlar
zəhərləniblər.
Fövqəladə halların idarəsi xidmətindən
Netgazetiyə bildiriblər ki, yanğın Qetiya küçəsində gecə
saatlarında barak tipli evdə yaranıb və 15 kv.m sahə yanıb. Onların
məlumatına görə yanğın tez söndürülüb, ancaq yanğın haqqında
məlumatları yoxdur.
Rustavi 2-nin məlumatına görə bu gün səhər
Tbilisidə bir yaşayış korpusu yanğından xilas olub. Məlumata görə
bir az əvvəl Ğaztransqaz Diğom massivində yerləşən binaya təbii
qazın verilməsini dayandırıb.