Suriyada kimyəvi hücumlar
16:48 / 18.02.2019
Suriyada 8 ildir davam edən vətəndaş
müharibəsi müddətində azı 336 kimyəvi hücum olduğu və bunların 98
faizinin Əsəd rejimi tərəfindən
həyata keçirildiyi bildirildi.
Mərkəzi qərargahı Almaniyanın paytaxtı Berlində yerləşən Qlobal
İctimai Siyasəti üzrə İnstitut tərəfindən “Gizlədiləcək bir yer də
yoxdur: Suriya Kimyəvi Silah İstifadəsinin Məntiqi” başlıqlı
hesabat yayımlandı.
Almaniyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəsilə hazırlanan
hesabata görə, Əsəd rejimi tərəfindən həyata keçirilən kimyəvi
hücumlar nəzərdə tutulandan daha çoxdur.
Hesabata görə, 2011-ci ildən bəridir Suriyada azı 336 kimyəvi hücum
təşkil edilib və bunların 98 faizi Əsəd rejimi tərəfindən həyata
keçirilib. 6 kimyəvi hücumu isə DEAŞ təşkil edib.
Suriyadakı kimyəvi hücumların 90 faizi rejimin 2013-cü ilin avqust
ayında həyata keçirdiyi və beynəlxalq ictimaiyyətdə böyük
reaksiyaya səbəb olan hücumdan sonra reallaşıb.
Suriyada 2013-cü ilin 23 avqustunda kimyəvi hücumdan sonra
beynəlxalq ictimaiyyət Əsəd rejiminin öz xalqına qarşı kimyəvi
silahdan istifadə etməsinə ciddi reaksiya göstərdi. Dövrün ABŞ
prezidenti Barak Obama bu hücumun “ötülməməsi lazım gələn qırmızı
xətt” olduğunu bildirdi.