Biz "Milli Hərəkatla" mübarizə aparanda İrakli Kobaxidze qoqli-moqli yeyirdi - Beseliya
14:04 / 22.02.2019
“Biz “Milli
Hərəkatla” mübarizə aparanda və güllənin səsinə dayananda bu
sözlərin müəllifi qoqli-moqli yeyirdi və deşikdən bizə baxırdı ki,
bacara biləcəkdik və yaxud xilas olacaqdıq”
-
parlament əksəriyyətinin üzvü Eka Beseliya parlamentin sədrinin
çıxışına rəy bildirib.
Beseliyanın tənqidinə İrakli Kobaxidzenin “Levan Qoqiçaişvili və
“Milli Hərəkat” arasında konsensus olduqca vacibdir”.
“Qoqli-moqli ilə böyümüş kiçik oğlanlar özlərinə bu
tonda danışmağa icazə verirlər. Mənim sonuncu sözümdə cavab alacaq.
Bu addımlardan sonra parlamentin necə sədri olacaq, bu cavabları o,
da cəmiyyət də dinləyəcək. Dünən pislik törədən o damlar, bu gün
yaxş olublar, mənəvi olaraq mənim üçün mübarizə apardığımız
adamların durduğu yerdə durur” – Eka Beseliya
bildirib və anons edib ki, parlamentin plenar iclasında elan
olunmuş fasilədən sonra İrakli Kobaxidzeyə “acı cavab” verəcək.
Eka beseliyanın sözlərinə görə, o, “qərarı müzakirə etmək” üzrədir
və parlamentdə bu kimin üçünsə xoş ola bilər.
“Bu təəssüf ki, komandada gördüyüm çoxluğun “Milli
Hərəkatın” filialıdır. Nika Meliya, Samadaşvili və ya Ratiani mənim
üçün bir tamdır, dəstəkləyəcəklər ya yox bu mənim üçün əsas deyil.
Sadəcə səs sayı lazımdır ki, təşəbbüs keçsin. Onlar da başa
düşürlər ki, bu təşəbbüsü dəstəkləməkdən imtina etmək
qeyri-populyardır və Kobaxidze bunu başa düşmür, guya ki,
konstitusiyanı qoruyur. Konstitusiyanı qorumur, Zardiaşvili və
Çinçaladzeni qoruyur” - Beseliya bildirib.
Parlament tezləşdirilmiş qaydada 9 deputatın daimi hakimlərin təyin
edilməsinin 2025-ci ilə qədər dayandırılmasını nəzərdə tutan
təşəbbüsünü müzakirə edəcək. “Gürcü arzusunun” deputatı Eka
Beseliya bildirir ki, idarəçi komandada qalıb qalmaması məhz qeyd
olunan qanun layihəsinin səsvermə nəticəsindən asılı olacaq.
“Gürcü Arzusu”nun siyasi şurası dünən 20 fevralda məlumat
yayımlayıb və qeyd edib ki, Beseliya və 8 deputat tərəfindən
hazırlanmış qanunvericilik təşəbbüsüni parlament əksəriyyəti
dəstəkləməyəcək.