Tez zamanda hazırlanan şokoladlı desert- Fincanda Mafi
Evdə şirniyyatın olmadığı zamanlar çayla bilrikdə dadlı desert yemək istəyirik. Bəzən ev şəraitində hərhansı desert hazırlamaq istəsək də gec olacağını düşünüb fikirimizdən daşınırıq.

Bəs tez zamanda hazırlanan "Fincanda Mafi" desertinin reseptini bilirsinizmi?

Sizə tez və asan yolla hazırlanan desertin reseptini təqdim edirik:

Fincanda mafi

Tərkibi:

3 x/q. un
1 ç/q. üyüdülmüş qəhvə
2 x/q. kakao tozu
2,5 x/q. şəkər tozu
1/4 ç/q. qabartma tozu
2 x/q. süd
1 ədəd yumurta
2 x/q. bitki yağı
2/1 ç/q. vanil

Hazırlanması:
Əvvəlcə un, üyüdülmüş qəhvə, kakao tozu, qabartma tozu və şəkər qarışdırılır. Süd, yumurta, yağ və vanil əlavə edilir. Bərk xəmir alınana qədər çəngəl ilə qarışdırılır. Alınan məhlul yağlanmış fincana əlavə edilərək 90 saniyəlik mikrodalğalı sobaya yüksək dərəcədə qoyulur. Vanilli dondurma ilə süfrəyə verilə bilər.
Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli Fincanda Mafi
FaceBook Twitter Google