Evdə şirniyyatın olmadığı zamanlar çayla bilrikdə
dadlı desert yemək istəyirik. Bəzən ev şəraitində hərhansı desert
hazırlamaq istəsək də gec olacağını düşünüb fikirimizdən
daşınırıq.
Bəs tez zamanda
hazırlanan "Fincanda Mafi" desertinin reseptini
bilirsinizmi?
Sizə tez və asan yolla hazırlanan desertin
reseptini təqdim edirik:
Fincanda
mafi
Tərkibi:
3 x/q. un
1 ç/q. üyüdülmüş qəhvə
2 x/q. kakao tozu
2,5 x/q. şəkər tozu
1/4 ç/q. qabartma tozu
2 x/q. süd
1 ədəd yumurta
2 x/q. bitki yağı
2/1 ç/q. vanil
Hazırlanması:
Əvvəlcə un, üyüdülmüş qəhvə, kakao tozu, qabartma
tozu və şəkər qarışdırılır. Süd, yumurta, yağ və vanil əlavə
edilir. Bərk xəmir alınana qədər çəngəl ilə qarışdırılır. Alınan
məhlul yağlanmış fincana əlavə edilərək 90 saniyəlik mikrodalğalı
sobaya yüksək dərəcədə qoyulur. Vanilli dondurma ilə süfrəyə verilə
bilər.