Rustaveli küçəsində yağış zamanı su altında qalmış səkilər
Marneuli şəhərinin Rustaveli küçəsində yağış zamanı piyadalar üçün səkilər su altında qalır. Vətəndaşlar səkilərdə hərəkət etməkdə çətinlik çəkirlər, çünki hərəkət hissəsi su altında qalır.

Marneuli 5 saylı ictimai məktəbinin ərazisində, Poçt binasının qarşısında, körpünün altında və Rustaveli küçəsinin başqa hissələrində hərəkət etmək problem olur. 

Marenuli Mərkəzi Stadionunun girişi

Marenuli Mərkəzi Stadionunun girişi

Marneuli yerli özünüidarəsi Marneuli şəhərinin Rustaveli küçəsinin bərpası üçün lazımı smeta sənədlərini
2022-ci ildə “Project Company” MMC-dən 116 830 lariyə alıb. Meriya və “Project Company” MMC arasında bağlanmış müqaviləyə əsasən, Rustaveli küçəsinin bərpası üçün təxmini vəsait 7 000 000 laridir.

Marneuli meriyası Rustaveli küçəsinin bərpası üçün lazımı vəsaiti nə 2023-cü, nə də 2024-cü ilin büdcəsində ayırıb.

Rustaveli küçəsinin bərpasına nə zaman başlanacağı indiki mərhələdə məlum deyil.

Ona qədər isə Marneulililər yağış zamanı yenidən su altında qalmış səkilərdə hərəkət etməli olacaqlar.

Marneuli 5 saylı ictimai məktəbinin ətrafı

Marneuli 5 saylı ictimai məktəbinin ətrafı

Marneulidə bu gün, 7 may tarixində, bütün gün ərzində yağış yağacağı gözlənilir. Sinoptiklər 8 və 9 may tarixlərində buludlu hava şəraiti olacağını proqnozlaşdırırlar, 10 may tarixindən isə bütün həftə ərzində yağışlı hava gözlənilir.

Mağalaşvili körpüsünə bitişik ərazi


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები