İstintaq Xidməti dövlətə məxsus əmlakını aldatma yolu ilə mənimsəmə faktına görə üç nəfəri məsuliyyətə cəlb edib
12:30 / 12.10.2018
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları
həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri
nəticəsində külli miqdarda dövlət əmlakını saxtalaşdırma yolu ilə
mənimsəmə faktına görə bir şirkətin iki rəhbərini və Dmanisi
bələdiyyəsinin keçmiş əməkdaşını cinayət məsuliyyətinə cəlb edib.
İstintaq nəticəsində müəyyən olub ki, həmin şirkət Dmanisi
bələdiyyəsi tərəfindən təşkil olunmuş tenderdə qalib gəlib. Ümumi
dəyəri 546 882 lari olan həmin tenderin tələblərinə əsasən şirkət
dörd obyektin təmir-bərba işlərini həyata keçirməli imiş.
Müttəhimlər qanunsuz olaraq maddi gəlir əldə etmək məqsədilə
müqavilə ilə öhdəliklərinə düşən işlərə laqeyd yanaşaraq, işləri
keyfiyyətsiz şəkildə həyata keçiriblər. Bundan əlavə işlərin
tamamlanması ilə bağlı sənədlərdə süni olaraq görülən işlərin
həcmini artıq yazıblar. Bu hərəkətləri ilə cinayətə qarışmış
şəxslər qanunsuz olaraq ümumilikdə 143 451 lari mənimsəyiblər.
İstintaq həmçinin müəyyən edib ki, Dmanisi bələdiyyəsinin işlərin
gedişinə nəzarət edən keçmiş əməkdaşı yerinə yetirilmiş işlərə
müvafiq nəzarəti həyata keçirməyib və bununla da müttəhimlər
tərəfindən dövlətə məxsus vəsaiti aldatma yolu ilə mənimsənilməsinə
şərait yaradıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin üçüncü
hissəsi ilə davam edir. Həmin maddə 6 ildən 9 ilədək azadlıqdan
məhrumetməni nəzərdə tutur.