Marneulidə yeni il neçəyə başa gəlir
Marneuli küçələrinin bəzədilməsinə hələ də başlanılmayıb. Meriyanın həyətində monta olunmuş keçən ilki işıqlandırmanı hesab etməsək. Marneuli meriyası 2019-cu ili qarşılamaq üçün büdcədən 55 000 lariyə qədər məbləğ ayırıb. Yeni il tədbirləri, dekorasiyalar və şam ağacı üçün tenderlər elan olunub. İki tender meriya birini isə mədəniyyət mərkəzi elan edib.

Yeni il tədbirinin təşkil olunması xidmətini almaq üçün bələdiyyə 14 050 larilik tenderi 27 noyabrda elan edib. Tender şərtlərinə əsasən yeni il konsertində dijey iştirak edəcək və o, müxtəlif kateqroiyaları qane etməlidir. Məsələn, o 25 yaşına qədər şəxs olmalı və 4 illik təcrübəyə malik olmalıdır. Proqram 90 dəqiqəlik olacaq. Bundan əlavə meriya yeni ildə ən az 7 anomator təklif edəcək və onlardan da 3 illik təcrübə tələb olunur.

1) 2 oyunbaz 20-30 dəqiqəlik şou ilə, 15-20 dəqiqəlik itlərin şousu;
2) 1 animator-aparcı. O, prosesi idarə etməlidir;
3) 2 nağıl qəhrəmanı – “Çəhrayı və gümüşü rəng troll”;
4) 1 santa klaus;
5) 1 gürcü şaxta babası;

İkinci tender Marneuli meriyası tərəfindən yeni il şam ağacı üçün artıq elan olunub. İndiki mərhələdə tenderdə yalnız bir şirkət iştirak edib və onun seçilməsi/qiymətləndirilməsi gedir. Yeni il şam ağacına yerli özünüidarəetmə 14, 400 lari sərf edəcək.

Hər iki tenderdə bir iştirakçı var və onun qiymətləndirilməsi gedir. Üçüncü tenderi meriyanın tapşırığı ilə Mədəniyyət Evi Marneuli şəhərində yeni il bəzəklərinin alınması/qurulması və xidmətinin (montaj-demontajı) alınması üçün elan edib. Bunun üçün büdcədən 25 719 lari ayrılıb. Şəhərin dekorasiyasına dair elan olunmuş tender üçün təkliflərin qəbulu sabah başa çatır. Şəhərin dekorasiyalarına elan olunmuş tenderdə indiki mərhələdə heç bir şirkət iştirak etməyib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google