VİDEO - "Kəndin qanunlarından çıxa bilmədik, qızımı 15 yaşında ərə verdik"
15:04 / 13.12.2018
Gürcüstanın Kaspi rayonunun Ferma kəndində
bəzi qapıları qırmızı lent bəzəyir.
Qırmızı lent bu qapıda yenicə toy çalındığı deməkdir. Bu toyların
bir çoxunda isə gəlin 14-15 yaşında olur.
Tərlan Süleymanovanın sözlərinə görə, böyük qızı 15 yaşında ana
olduğu üçün əmələ gələn bel əyriliyindən hələ də müalicə alır.
Gürcüstan qanunvericiliyində isə evlilik üçün minimum yaş həddi
18-dir.
Amma barmaqla sayılacaq qədər də olsa, kənddə qızını ər evinə yox,
ali təhsil almağa göndərənlər də var.